Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonun idarə müəssisə və təşkilat rəhbərləri ilə müşavirə keçirildi

08 iyul 2020 | 16:00

08 iyul 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin inzibati binasın ərazisində rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirak ilə xüsusi karantin rejimi dövründə qarşıda duran növbəti vəzifələrə həsr edilmiş müşavirə keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı 01 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Naziri cənab Əli Əsədovun rəhbərliyi ilə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı müşavirə keçirildiyini qeyd etmiş və bildirdi ki, müşavirədə ölkəmizdə pandemiya ilə mübarizə ilə bağlı son vəziyyət müzakirə olunmuş, infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülməsi vacib olan bir sıra tədbirlərlə bağlı tapşırıqlar verilmişdir.
Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejimi qaydalarına riayət olunması ilə əlaqədar rayonda aparılan işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdıran M.Səlimzadə mobil qrupların fəaliyyətinin gücləndirilməsini, həmçinin hər bir müssisə və təşkilat rərhbərinin üzərinə düşdüyü məsuliyyəti bir daha onların nəzərinə çatdırdı.
Müşavirədə rayonun küçə, park, çoxmənzilli binaların həyətlərində səliqə səhman yaradılmasını, küçələrinin işıqlandırılmasını nəzarətdə saxlanılmasını, məişət tullantılarının vaxtında daşınmasını, yaşıllıqların suvarılmasını və kəndlərin suvarma suyu ilə təminatının daim diqqətdə saxlanılmasının vacibliyi vurğulamışdır.
İdarə, müəssisə və təşkilat rəhbərləri rayonda görülmüş işlər barədə rayon İcra Hakimiyyətinin başçısına ətraflı məlumat verilmişlər.
Sonda rayon İcra Hakimiyyətinin başçısı növbəti günlərdə görülməsi vacib olan işlər barədə müəssisə və təşkilat rəhbərlərinə kankret tapşırıq və tövsiyyələrini vermişdir.

Keçidlər