Rayon rəhbərliyi Göyçay rayon Dövlət Yanğından Mühafizə hissəsinin yeni inzibati binasında görülən işlərlə maraqlanıb
07 iyun 2020-ci rayon İcra Hakimiyyətinin başçısı Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Dövlət Yanğından Mühafizə hissəsi üçün inşa edilə binasında tikinti işləri ilə maraqlanmışdır.
Rayon rəhbərliyinə məlumat vərilərək bildirib ki, yeni müasir lahiyə ilə inşa olunmuş ümumi sahəsi 0,47 hektar olan ərazidə tikilən 2 mərtəbəli yeni inzibati binada şəxsi heyət üçün dispetçer, tədris və istirahət otaqları, yeməkxana, eləcədə 4 mərtəbəli yanğın qülləsi, 2 ədəd 100 tonluq su hovuzu inşa olunacaqdır.
Yeni hissənin istifadəyə verilməsi bu ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi, yanğınsöndürmə və xilasetmə tədbirlərinin operativ həyata keçirilməsi yanğın söndürən əməkdaşlar üçün normativlərə uyğun iş şəraitinin yaradılması ümumi işi asanlaşdıracaqdır.
Sonda rayon İcra Hakimiyyətinin başçısı icraçılara tapşırıq və tövsiyələrini vermişdir.