Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı 3 nömrəli uşaq bağçasının tikintisi ilə maraqlanıb

06 iyul 2020 | 16:00

Uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir və əsaslı şəkildə yenidən qurulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə uşaq və yeniyetmələrlə, gənclərlə bağlı həyata keçirdiyi dövlət siyasəti uğurla icra olunur.
Bu gün Göyçay Rayon İcra Hakimiyyətinin başçısı şəhər 3 saylı uşaq bağçasında olub və Heydər Əliyev Fondunun tərəfindən körpələr üçün tikilməkdə olan müasir tipli 40 yerlik binanın mövcud vəziyyəti ilə maraqlanıb və bəzi tövsiyələrini verib.

Keçidlər