Göyçay rayonunda karantin rejiminə nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir
Azərbaycan Respublikası Nazilər Kabineti Yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı tapşırıqlarına müvafiq olaraq Göyçay şəhərində rayon İcra Hakimiyyətinin başçısı M.Səlimzadə, DTX-nin rayon şöbəsinin rəisi K.Nəbiyev, rayon Polis Şöbəsinin rəisi S.Əsədov xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış mobil qrupun üzvləri ilə birlikdə növbəti reyd keçirilmişdir.
Onlar şəhərarası ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarla ictimai iaşə obyektində çalışan şəxslərlə şəhər sakinləri ilə görüşərək maarifləndirici söhbətlər aparıb, onlara xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə edilməsinə, sosial məsafənin qorunmasına və şəxsi gigiyena qaydalarına düzgün riayət etmələri tövsiyyə olunub və karantin qaylarına əməl etməyənlər barədə ciddi tədbirlər görüldüyü onların nəzərinə çatdırılıb.
Bütövlükdə gün ərzində mobil qruplar tərəfindən keçirilmiş yoxlamalar zamanı karantin qaydalarını pozduqlarına görə 2 ictimai iaşə obyektinin fəaliyyəti dayandırılmış, 1 nəfər 200 manat məbləğində cərimə edilmiş, 18 ticarət, ictimai iaşə və digər xidmət obyektlərinə ciddi xəbərdarlıq edilmişdir.
Hazırda rayonda xüsusi karantin rejimi dövründə koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla 31 mobil qrup fəaliyyət göstərir.
Rayon ərazisində Operativ Qərargahın qərar və sərəncamlarına müvafiq olaraq pandemiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.