Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı kənd İƏD nümayəndələri ilə növbəti videokonfrans keçirdi

03 iyul 2020 | 16:00

İyulun 3-də rayon İcra Hakimiyyətinin başçısı aparatının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin, yerlərdəki dini icma nümayəndələrinin və hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı  01 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Naziri cənab Əli Əsədovun rəhbərliyi ilə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi ilə bağlı keçirilmiş videomüşavirədən irəli gələn məsələlər barədə ətraflı məlumat verərək xüsusi karantin rejimi qaydalarını və yerlərdə bu qaydalara riayət olunması ilə əlaqədar görülən işlərin davam etdirilməsinin ciddiliyini diqqətə çatdıraraq videokonfransda iştirak edən hər kəsin üzərinə düşən məsuliyyəti bir daha onlara xatırlatdı.
Videokonfras zamanı əhali arasında dəfn mərasimlərində məhdud sayda insanların iştirak etməsinin və yas mərasimlərinin, toy şənliklərinin keçirilməsinin qadağan olunması, ictimai yerlərdə sosial məsafəni gözləmək, tibbi maskalardan istifadənin vacibliyi barədə geniş təbliğat-izahat işlərinin davam etdirilməsinin vacibliyi qeyd olundu.
Bildirildi ki, bu məsələlərlə bağlı ərazi icra nümayəndələrinin və dini icma sədrlərinin üzərinə çox böyük məsuliyyət düşür, yerlərdə xüsusi karantin rejimi qaydalarına ciddi riayət olunmasının nəzarətdə saxlanılması və İcra Hakimiyyətinin başçısı yanında yaradılmış xüsusi qərargaha dərhal məlumat verilməsi tələb olunmuşdur.

 

Keçidlər