Koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar yaradılmış operativ qərargahın növbəti iclası keçirildi
02 iyul 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə keçirilən koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar yaradılmış operativ qərargahın növbəti iclasında sosial məsafə saxlanmaqla aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər.
İclasa başlamazdan əvvəl rayon İcra hakimiyyətinin başçısı Azərbaycan Polisi Günü münasibətilə rayon Polis İdarəsinin rəisi və əməkdaşlarını təbrik edərək söylədi ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçmişdir. Polisin şanlı tarixinin ən mühüm mərhələləri, sözsüz ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra, Daxili İşlər Nazirliyinə dövlət qayğısı güclənməklə xalqa sədaqətli kadrların irəli çəkilməsinə, vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildi. Azərbaycan Polisinin dövlətçilik və ictimai asayişin qorunmasındakı rolundan danışaraq vurğuladı ki, bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır.
Sonra ölkədə koronavirus (COVİD-19) pandemiyasının genişlənməsi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olundu.
Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunduğunu , əhali tərəfindən sanitar-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac vardır.
Rayon İcra hakimiyyətinin başçısı müvafiq olaraq koronavirus pandemiyası dövründə rayon ərazisində əhalinin sağlamlığının qorunması məqsədilə qapalı yerlərdə tibbi maskalardan və qoruyucu vasitələrdən istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafənin saxlanılmasının, dəfn mərasimlərində məhdud sayda insanların iştirak etməsinin, xüsusən bankomatların qarşısında ara məsafəsi qorunmaqla növbələrin tənzimlənməsinin və dezinfeksya işlərinin davam etdirilməsinin, ictimai nəqliyyatda tibbi maskadan istifadə edilməsinin, həmçinin market və iaşə obyektlərinin girişinə virusdan qorunma yollarını özündə əks etdirən məlumat lövhələri asılmasının və digər vasitələrlə mobil qrupların tərkibinə polis şöbəsinin, vergilər idarəsinin əməkdaşlarını, könüllüləri cəlb etməkdə əhali arasında maarifləndirmə işlərinin bir daha gücləndirilməsi və zərurət yarandığı halda inzibati tədbirlərin tədbirlərin həyata keçirilməsi qərargah üzvlərinin diqqətinə çatdırıldı.