Rayon İcra Hakimiyyətinin başçı inzibati ərazi dairələri üzrə nümayəndələri ilə növbəti videokonfrans keçirdi
30 iyun 2020-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısı inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyə sədrlərinin iştirak ilə növbəti videokonfrans keçirdi.
Videokonfransda rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə dövlət qulluqçularının xalqın yanında olmaq, xalqa ləyaqətlə xidmət etmək, sahibkarlara dəstək olmaq, rüşvətxorluq və korrupsiya yolundan çəkinmək kimi ciddi tapşırıqlar vermişdir. Həmçinin bütün vəzifəli şəxslər cənab Prezidentin apardığı islahatlara dəstək verməli, üzərlərinə qoyulmuş vəzifələri dərk etməli, öz işlərində qanunu və qanunçuluğu əsas tutmalı, mənfi tendensiyalara imkan verməməli, rüşvət və korrupsiyadan uzaq durmalı olduğunu bildirmişdir.
Prezident İlham Əliyevin Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi də böyük əhəmiyyət daşıyır. Çünki BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir.
Cənab Prezidentin bu önəmli təklifi Nyu-Yorkda 120 Qoşulmama Hərəkatının üzv ölkələri arasında yekdilliklə razılaşdırılmışdır. Bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır.
BMT-yə üzv olan 130-a qədər dövlət tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə işğalçı Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü ifşa etməklə rüsvay oldu.
Həmçinin konfransda icra nümayəndələri rayonun kənd təsərrüfatı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verərək koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin mütəmadi olaraq aparıldığını diqqətə çatdırdılar.
Ötən müddət ərzində taxıl zəmilərinin mühafizəsi, biçilmiş sahələrin şumlanması, yanğından mühafizə tədbirlərinin yerinə yetirilməsi ilə bağlı fermer və torpaq mülkiyyətçiləri arasında geniş izahat işləri aparıldığını, yüksək gərginlikli elektrik verilişi xətlərinin altındakı əkin sahələrində şumlanması, yanğın hadisələrinin baş verməsinin qarşısını almaq, yanğın barədə operativ məlumatların verilməsini təmin edilməsi və yanğınların söndürülməsində yerli sakinlərin iştirakını təmin etmək üçün hər bir nümayəndəliyin ərazisində operativ quruplar yaradıldığı qeyd edilmişdir.