Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər ilə növbəti video konfrans keçirildi

23 iyun 2020 | 16:00

23 iyun 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri ilə vətəndaşların müraciətlərini və təkliflərini həll edilməsi üçün növbəti video konfrans keçirdi.
Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı M.Səlimzadə əvvəlcə ”23 iyun- Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə dövlət qulluqçularını təbrik edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müdrik rəhbərliyi altında səmərəli fəaliyyət arzulayıb. Bildirilib ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur.
Müasir cəmiyyətimizdə dövlət qulluğu dövlət siyasətinin, onun məqsəd və funksiyalarının reallaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əsas mexanizm kimi çıxış edir. Dövlət qulluğu çoxtərəfi olmaqla dövlət hakimiyyətinin idarəetmə təsirini göstərən və dövlət idarəetməsinin daxili mahiyyətini açan geniş anlayışdır. Ölkə Prezidenti öz müdrik siyasəti ilə ölkəmizdə dövlət qulluğunun daim təkmilləşdirilməsi, kadr siyasətinin gücləndirilməsi, ən başlıcası dövlət qulluqçularının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atılır.Peşəkar dövlət qulluqçularının mükafatlandırılması, Fəxri adlara, orden və medallara layiq görülməsi, əmək haqqlarının ardıcıl olaraq artırılması bu siyasətini əsasını təşkil edir.
Sonra bir qrup dövlət qulluqçusu peşə bayramları münasibətilə və əmək funksiyalarını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə  rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Təşəkkürnamələrlə təltif olunublar.
Təltif olunan dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya, etimada görə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirərək bundan sonra da ölkəmizin inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd ediblər.
Videokonfrans zamanı rayon İcra Hakimiyyətinə və şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə qəbula gələn vətəndaşlar dinlənilmiş və onları narahat edən problemlərin, təkliflərin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Keçidlər