Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“17 iyun - Tibb işçilərinin Peşə bayramı günü” münasibətilə Rayon İcra Hakimiyyətinin başçısının təbriki

17 iyun 2020 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı “17 iyun - Tibb işçilərinin Peşə bayramı günü” münasibətilə Göyçay rayon  Mərkəzi  Xəstəxanası Publik  Hüquqi  Şəxsin rəhbərliyi ilə video konfrans keçirdi.
Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı əvvəlcə tibb işçilərinin Peşə bayramı günü münasibətilə səmimi qəlbdən təbrik edərək bildirdi ki, insanların  sağlamlığının  keşiyində  layiqincə dayanan tibb işçiləri həmişə öz  işlərinə vicdan və məsuliyyət hissi ilə yanaşaraq  fəal vətəndaşlıq mövqeyi nümayiş etdiribər.
Qayğıkeşlik, əməksevərlik  kimi nəcib insani keyfiyyətlər Göyçay tibb işçilərinin xarakter  və  mənəviyyatına  xas olmuşdur. Məhz buna görədir ki, bu gün bütün dünyanı bürümüş koronavirus pandemiyası ilə mübarizəyə  qatılmış  rayonun tibb işçiləri də koronavirus (COVİD-19) ilə mübarizədə ön xətdədir.
Tibb işçilərinin bu çətin günlərdə istirahətsiz olaraq xəstələrə göstərdikləri xidməti yüksək qiymətləndirən Ölkə Prezidenti cənab İlham Əliyevin bu fikirləri həkimlərə olan inamdan irəli gəlir “Azərbaycan xalqı  həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha  bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz  həyatlarını risk altına atırlar. Onlar aylarla ailə  üzvlərini görə bilmirlər və çox ağır şəraitdə  xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar. Onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin  çox aşağı olması ilk növbədə  həkimlərin peşakarlığı, fədakarlığı  hesabınadır”.
Göyçay rayon  Mərkəzi  Xəstəxanası Publik  Hüquqi  Şəxsin baş direktoru Elçin Bilalov ölkə Prezidentinin tövsiyyə və tapşırıqlarına uyğun olaraq vətəndaşlara  keyfiyyətli xidmət etməyə, onların sağlamlıqlarını qorumaq üçün hər cür tibbi yardım göstərməyə daim hazır olduqlarını bildirmiş, təbrikə görə rayon İcra Hakimiyyətinin başçısı M.Səlimzadəyə təşəkkürünü bildirmişdir.
Sonda rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonun tibb işçilərinə ünvanlanmış təbrik məktubu oxunmuş, koronavirusa qarşı mübarizədə tibbi xidməti xeyli müddətdir davam edərək həkimlərə və orta tibb işçilərinə rayon icra hakimiyyəti başçısının imzalanmış təşəkkürnamələri çatdırılmışdır.

Keçidlər