Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların video konfrans vasitəsi ilə növbəti qəbulunu keçirdi
16 iyun 2020-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti video konfrans keçirdi.
Rayon İcra Hakimiyyətinin başçısı video konfransda inzibati ərazi dairəsi üzrə nümayəndələrini sədrlərini dinləmiş onlardan baramanın tədarük vəziyyəti və taxıl zəmilərində yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi barədə ətraflı məlumat almışdır.
Nümayəndələrə fermer, torpaq mülkiyyətçiləri ilə taxıl və otlaq sahələrində yanğınlara qarşı geniş izahat işlərinin aparılmasını, həmçinin koronavirus (COVİD-19) pandemiyasına qarşı yerlərdə əhalinin kütləvi toplaşmasının qarşısının alınmasını, xidmət obyektlərinin rəhbərləri ilə karantin rejiminin tələblərinə ciddi əməl olunması istiqamətində müvafiq söhbətlər aparılmasını tapşırdı.
Video konfransda rayon sakinlərini narahat edən problemlər diqqətlə dinlənilib və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verilib.