Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

“Pandemiya dövründə şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub” – İlham Əliyev

11 iyun 2020 | 16:00

9 iyun 2020-ci il tarixində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında iştirak edərək karantin tədbirləri ilə bağlı bütün addımlarımızı dəstəkləyən Azərbaycan Respublikası vətəndaşlarını  bir daha böyük məsuliyyətə və nizam-intizama çağırmışdır. Qeyd olunmuşdur ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır.
Bildirildi ki, koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. “Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə”. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik.
Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur.
Koronavirus pandemiyası qarşısının alıması üçün qabaqlayıcı bütün tədbirlər elə görülüb. Belə ki, koronavirus xəstələrini müalicə etmək üçün yeni laboratoriyalar alınıb, ən qabaqcıl xəstəxanalar ayrılıb, həmçinin “Yeni klinika” və digər xəstəxanalar ən gözəl, ən müasir avadanlıqlarla təchiz edilmişdir. Bəzi ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Lakin Azərbaycan Respublikası dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alması koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz budur.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Həmçinin sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötmüşdür. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə ölkə rəhbərinin ərtafında birləşərək, həmrəylik və birlik göstərmişdir.
Xaricdə qalan və Azərbaycana gəlmək istəyən vətəndaşlarımız üçün də xüsusi portal yaradılaraq növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanması, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırlması koronavirus pandemiyasına qarşı bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz Cənab Prezidentin yürütdüyü siyasətin təzahürünü əks etdirir.
Sadəcə regionda öndə gələn dövlət deyil, eyni zamanda inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlıdır.
Koronavirus (COVİD-19) pandemiyaya mübarizədə həkimlər öz həyatlarını risk altına ataraq çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanında fədakarlıq göstərirlər. Ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin göstərdikləri xidmətlərə və peşəkarlığa görə Ölkə prezidenti tərəfindən çox yüksək qiymətləndirilmişdir.

Tibbi maskalara təlabatın artması ölkədə qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başlayaraq həkimlər üçün xüsusi geyimlər, kombinezonlar, dezinfeksiya vasitələri istehsal olunmağa başladı. Mərasimdə Ölkə rəhbəri tərəfindən bütün qapalı yerlərdə - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində tibbi maskadan istifadə etməyin vacibliyi, bir daha qeyd edildi. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir.
Dünya ölkələri tərəfindən koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın təklifləri diqqətə alınır. İndiyə qədər bu məqsədlə Azərbaycanın təşəbbüsü ilə videokonfrans formatında bir neçə beynəlxalq tədbirlər keçirilib. Cənab Prezident çıxışında bildirdi ki, Qoşulmama Hərəkatının üzvlərinə, ilk növbədə, müraciət edərək təklif etdik ki, BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyası keçirilsin. Bu dəstəyi biz aldıq, Qoşulmama Hərəkatının üzvləri bu təşəbbüsümüzü yekdilliklə dəstəklədilər və ondan sonra biz BMT Baş katibinə, - o, Qoşulmama Hərəkatının Zirvə görüşündə öz sözünü demişdi, müraciətini səsləndirmişdi, - müraciət etdik və indi cavab gözləyirik. Hesab edirəm ki, indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruridir. Bütün dünya birliyini birləşdirən təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. Ona görə biz belə təkliflə çıxış etdik və ümid edirik ki, bu, müsbət qarşılanar.
Bu çətin şəraitdə Azərbaycan sadəcə öz problemlərini həll etmir, eyni zamanda başqa dövlətlərə də yardım edir. Azərbaycan Respublikası tərəfindən fərdi qaydada 14 ölkəyə, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstərilmişdir.

Keçidlər