Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin Başçısı növbəti video konfrans keçirdi

09 iyun 2020 | 16:00

Rayon İcra Hakimiyyətində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə əhalinin qayğı və problemlərinin öyrənilməsi və operativ həllinə nail olmaq üçün növbəti video konfrans keçirildi.
Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin iştirakı ilə keçirilən konfransda rayon sakinlərinin müraciətləri diqqətlə dinlənilib və problemlərinin, təkliflərinin aidiyyəti üzrə qeydiyyata alınması, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verilib.
Rayon sakinləri belə çətin vaxtda vətəndaşların müraciətlərinin dinlənilməsinin onlayn video qəbulun təşkilinə görə öz təşəkkürlərini bildiriblər.
Videokonfransda rayon İcra Hakimiyyətinin başçısı pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına və tövsiyələrinə diqqətlə yanaşmağın vacibliyini bir daha vurğuladı.

Keçidlər