Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonda qanvermə aksiyası keçirildi

03 iyun 2020 | 16:00

Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, Göyçay Rayon İcra Hakimiyyətinin və rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Respublika Qan Bankının Mingəçevir Regional Bölməsi tərəfindən könüllü qanvermə aksiyası təşkil edildi.
03 iyun 2020-ci il tarixdə karantin rejiminin tələblərinə əməl etməklə qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə Göyçay Gənclər Mərkəzində təşkil olunmuş qan vermə aksiyasına rayon ictimaiyyəti və gənclər qoşulmuşdur.


 

Keçidlər