Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Videokonfrans vasitəsi ilə vətəndaşların növbəti onlayn qəbulu keçirildi

02 iyun 2020 | 16:00

02 iyun 2020-ci il tarixdə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri ilə növbəti videokonfrans keçirildi.
Videokonfrans zamanı rayonun ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələr qeyd edilərək bildirildi ki, baramaçılığın inkişafı, kümçülərə lazımi köməkliyin göstərilməsi və qurdların bəslənməsi üçün ciddi tədbirlər görülməlidir. Xəstələnmiş qurdlar barəsində təcili olaraq Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumat verilməli, profilaktik və digər xilasedici tədbirlər həyata keçirilməlidir. Rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək məqsədilə Çin Xalq Respublikasından gətirilərək kümçülərə paylanılmış tut tinglərinin vaxtında suvarılmasına və aqrotexniki qulluğuna ciddi nəzarəti təşkil etmək lazımdır.
Videokonfrans zamanı rayon İcra Hakimiyyətinə və şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə qəbula gələn vətəndaşlar dinlənilmiş və onları narahat edən problemlərin, təkliflərin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Keçidlər