Göyçayda mətbuat nümayəndələri üçün “Açıq qapı” günü təşkil olundu
Mətbuat nümayəndələri üçün təşkil olnmuş “Açıq qapı” günündə jurnalistlər əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ilə görüşmüşlər.
Tədbirin keçirilməsində əsas məqsədin jurnalistlərin rayon ərazisində son illər istifadəyə verilmiş, əsaslı yenidən qurulmuş və təmir edilmiş obyektlər, aparılmış abadlıq və quruculuq işləri haqqında geniş ictimaiyyət üçün ətraflı məlumatlandırılmasına yardım etmək olduğunu bildirmişdir.
Görüş zamanı rayonda keçirilən tədbirlərdə, qəbullarda, görüşlərdə mətbuat nümayəndələrinin iştirak etmələrinin, birtərəf mövqe tutan, qərəzli yazı yazan, böhtan, yalan paylaşaraq, məsuliyyətsiz, peşəkar olmayan bəzi "jurnalist"lərin öz vəzifələrini şərəflə, məsuliyyətlə daşımalarını, yazı və ya paylaşma etmədən dəqiqləşdirmə və araşdırma aparmalarının vacibliyi qeyd edilmişdir.
Sonda mətbuat nümayəndələrinə rayon ərazisində aparılan tikinti, quruculuq və abadlıq işləri ilə tanış olmaq, rayon ictimaiyyətinin müxtəlif təbəqələrini əhatə edən nümayəndələri ilə görüşmək təklif edildi.