Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı yanında qərargah üzvlərinin növbəti iclası keçirildi

22 may 2020 | 16:00

22 may 2020-ci il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər barədə Qərargah üzvlərinin növbəti iclası keçirilib.
İclasda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən karantin rejimi müddətində bu istiqamətdə rayonda görülən işlər barədə məlumatlar verilmiş və rayonun yaşayış məntəqələrində xüsusi karantin rejiminin tələblərinə riayət olunması, əhali arasında müayinələrin davam etdirilməsi,  xüsusi təbliğat vasitələrindən istifadə etməklə əhali arasında maarifləndirilmə tədbirlərinin gücləndirilməsi, bankomatların, terminalların, əhalinin kompakt toplaşdığı bütün yerlərin, həmçinin küçələrdə dezinfeksiya işlərinin aparılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən əhali arasında maarifləndirici işlərin aparıldığı qeyd olunmaqla, gündəlik olaraq tədbirlərin davam etdirildiyi diqqətə çatdırıldı.

Keçidlər