Rayon İcra Hakimiyyətinin başçının inzibati ərazi dairələri üzrə nümayəndələri ilə növbəti videokonfrans keçirildi
19 may 2020-ci il tarixdə rayon İcra Hakimiyyəti Başçısı tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri ilə növbəti videokonfrans keçirdi.
Konfransda rayon sakinlərinin koronavirus (COVİD-19) pandemiyasından qorunması üçün atılan addımlar müzakirə olunmuş, rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər diqqətə çatdırılmışdır.
Rayon İcra Hakimiyyətinin Başçısı rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələri qeyd edərək bildirib ki, Prezident İlham Əliyevin respublikamızda kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələr uyğun olaraq rayon ərazisində baramaçılığın inkişafı, kümçülərə lazımi köməkliyin göstərilməsi və ipəkqurdunun sağlam şəraitdə bəslənilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb.
Videokonfrans zamanı rayon İcra Hakimiyyətinə və şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə qəbula gələn vətəndaşlar dinlənilmiş və onları narahat edən problemlərin, təkliflərin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.