Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən növbəti video konfrans keçirildi

12 may 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən Göyçay rayon İcra Hakimiyyətinin Başçısı  video konfrans vasitəsilə şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrlə və vətəndaşlarla növbəti qəbul keçirildi.
12 may 2020-ci il tarixdə şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrlə keçirilən video konfransda, ümumilikdə 52 vətəndaşın problemləri dinlənildi.
Rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşların müraciətləri əsasən fərdi yaşayış evlərinin təmir edilməsi, maddi yardım və işlə təmin olunmaları və sair məsələlərin həllində köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlər müzakirə zamanı həll olunub, digər mələlərlə bağlı araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər