Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Dövlət başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan vəzifəli şəxslərin dövlət tərəfindən cəzalandırılması davam etdirilir.

08 may 2020 | 16:00

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində İmişli rayon İcra Hakimiyyətinin başçısı təqsirkar qismində saxlanılıb və məhkəmənin qərarı ilə ona qarşı  4 ay müddətində həbs-qəti imkan tədbiri seçilib. Məhkəmənin hökmü ilə ona vəzifə səlahiyyətlərindən istifadə, mənimsəmə, təkrar rüşvət, vəzifə saxtakarlığı ilə bağlı müvafiq cinayət məcəlləsinin maddələri üzrə cinayət işi açılıb.
Bunlar onu göstərir ki, ölkə Prezidenti İlham Əliyevin xalqın yanında olmaq, xalqa ləyaqətlə xidmət etmək, sahibkarlara dəstək olmaq, onların əlindən əmlakını almamaq, rüşvətxorluq və korrupsiya yolundan çəkinmək kimi tələblərinə ciddi əməl etmək əvəzinə sabiq başçı Vilyam Hacıyev çirkin yola yönəlib. Bununla da o özünü arxayın hiss edərək korrupsiya əməllərini davam etdiməklə, COVİD-19 pandemiyası dövründə mənəviyyata sığmayan hərəkətlərə yol verib.
Ölkə Prezidenti Baş Prokuroru videoformatda qəbul edərkən bildirdi ki, bundan sonra oxşar yol seçmiş icra başçılarına qarşı daha sərt tədbirlər həyata keçiriləcək. Eyni zamanda  o qeyd etdi ki, bu tədbirlər təkcə icra başçıları ilə məhdudlaşmayacaq. Daxil olmuş siqnallar əsasında mərkəzi icra hakimiyyəti, nazirliklər, komitələrlə bağlı da eyni tipli caza tədbirləri görüləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürü olmaqla, bu prosesin davamlı olacağına əminlik yaradır.
Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatlarının ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir.

Keçidlər