Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərakatı Təmas Qrupunun Zirvə görüşü keçirilib.
Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasının əyani təzahürüdür. Dünyanın 120 dövlətinin təmsil olunduğu Qoşulmama Hərəkatı BMT-nın Baş Assambleyasından sonra ən nüfuzlu beynəlxalq təşkilatdır.
2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə Azərbaycanın bu təşkilata sədrlik etməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu göstərici Azərbaycana göstərilən böyük etimad və onun səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin əyani təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir.
Videokonfransda könüllülük əsasında 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın əyani göstəricisidir.
BMT-nın baş katibinin çıxışı zamanı belə bir tədbirin keçirilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür bildirməsi olduqca qürurverici bir haldır.
Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir.
Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmiş və keçirilməkdədir.
Qeyd olunan tədbirlər Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunun daim artdığının göstəricisi kimi qiymətləndirilir.