Göyçay Rayon İcra Hakimiyyətinin Başçısı kənd iəd nümayəndələri ilə növbəti video konfrans keçirdi
07 may 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı M.Səlimzadə şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri ilə növbəti video konfrans keçirdi.
Rayon İcra Hakimiyyətinin başçısı videokonfrans zamanı pandemiya dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan vacib addımları xüsusi vurğulayaraq bildirib ki, koronavirusla mübarizədə dövlətimizin başçısının qətiyyətli qərarları, görülən qabaqlayıcı tədbirlər, müsbət nəticələrin əldə olunmasının əsas səbəbləridir.
Xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarından irəli gələn məsələlərə toxunularaq qeyd olunub ki, sakinlər tərəfindən qərargahın qaydalarına riayət olunması istiqamətində bir sıra nöqsanlara yol verilir. Bir daha şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin diqqətinə çatdırılıb ki, xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılmasına baxmayaraq kütləvi yığıncaq və tədbirlərin keçirilməsinin qarşısının alıması, 10 nəfərdən artıq insanların cəmləşməməsi, həmçinin sanitar-epidemoloji qaydara tam əməl olunması üçün qətiyyətli tədbirlər görülməlidir.
Konfransda, həmçinin Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızda kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görüldüyünü, rayonda baramaçılığın inkişaf etdirilməsi ilə bağlı tədbirlərin ardıcıl davam etdirildiyini vurğulayan M.Səlimzadə baramaçılığın inkişaf etdirilməsinin rayon əhalisinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət etdiyini bildirdi.