Rayon rəhbəri şəhər ərazisində sanitar-profilaktik, dezinfeksiya, təmizlik və şəhər parkında görülən işlərlə tanış olub
05 may 2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı M.Səlimzadə xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bağlı olaraq şəhər ərazisində, sanitar-profilaktik, dezinfeksiya, təmizlik və şəhər parkında görülən işlərlə tanış olub.
Rayon rəhbəri parkda olan sakinlərlə görüşərək koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər, xüsusi karantin rejimi müddətində fəaliyyətini Operativ Qərargah tərəfindən qəbul edilmiş qaydalara uyğun qurmalarını, ərazi üzrə sanitar epidemioloji normalara qeyri-şərtsiz əməl olunması, şəxsi dezinfeksiya-mühafizə vasitələri ilə mütləq qaydada istifadəsinə dair təlimatlandırma işlərinin ictimai yerlərdə digər şəxslərlə az ünsiyyətdə olmaları, ara məsafələrinin saxlanması kimi təbliğat işlərin aparılmasının vacibliyini vurğulayıb.
Görüş zamanı vətəndaşlara inkişaf etmiş ölkələrdə karnovirusun böyük tələfatla nəticələndiyini, kütləvi şəkildə ağır nəticələrlə üzləşdiklərini bildirdi. Respublikamızda isə dövlət başçısının qabaqlayıcı addımları, pandemiyanın yayılmasının qarşısının qətiyyətlə alınması, xüusi karantin rejiminin tətbiqi vətəndaşlarımızın sağlamlığının qorunması, evdə qalmaqla özlərini ailələrini xilas etməsi, aztəminatlı, kimsəsiz, tənha ailələrə göstərilən sosial yardımlar, keçirilən aksiyalar insan amilinin başlıca mövqey olduğunu bildirdi.