Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda təlim keçirildi

01 iyun 2013 | 15:00

 

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının Mülki Müdafiə idarəsi Göyçay rayonunda fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı  mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili ilə bağlı kompleks mülki müdafiə təlimi keçirib. Təlimə Göyçay rayon icra hakimiyyəti başçısının aparatı, Rayon Fövqəladə Hallar Komissiyası, Mülki Müdafiə xidmətləri, Ərazi və Obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri cəlb olunub.
Kompleks təlimin keçirilməsində əsas məqsəd “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun, “Mülki müdafiənin təmin edilməsi barədə”, Nazirlər Kabinetinin müvafiq qərarının, fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etməkdən və mülki müdafiə idarəetmə orqanlarının, Fövqəladə Hallar üzrə komissiyaların fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılmasından ibarət olub. Eyni zamanda bu istiqamətdə işlərin daha da təkmilləşdirilməsi, xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı praktik vərdişlərin aşılanması da hədəf seçilib. Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, sahəyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış xilasetmə, zərəçəkmişlərə ilk həkim yardımım göstərilməsi, epidemiya və epizootiyaya qarşı mübarizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yüksək səviyyədə yerinə yetiriblər. Təlim zamanı əsas diqqət həm də komandir rəis heyyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyyətinin peşəkarlıq səviyyəsinin artırılmasına təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib. Təlimdə Göyçayın hərbiləşdirilməmiş dəstələrinin 273 nəfər şəxsi heyyəti və 36 ədəd texnikası iştirak edib. Sonda Göyçay rayon icra hakimiyyətinin başçısı təlim iştirakçılarına təşəkkür edib. Bildirib ki, müharibə şəraitində yaşayan ölkəmiz üçün belə tədbirlərin əhəmiyyəti böyükdür.

Keçidlər