Müskürlü kəndindən olan bir qrup sakinin müraciətlərinə yerindəcə baxılıb
Ölkə rəhbərliyinin vətəndaşlara olan sonsuz diqqət və qayğısı Göyçay rayon rəhbərliyi tərəfindən də daim nəzarətdə saxlanılır.
05 may 2020-ci il tarixdə Müskürlü kənd sakinlərinin müraciətləi nəzərə alınaraq rayon İcra Hakimiyyətinin başçısı, rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçsı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlari ilə iş şöbəsinin müdiri, həmçinin Müskürlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Müskürlü bələdiyyəsinin iştirakı ilə kənd sakinləri ilə görüş keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı M.Səlimzadə vətəndaşları diqqətlə dinləyərək qaldırdıqları torpaqdan istifadədə yaranmış problemin həlli ilə bağlı müvafiq komissiya yaradılmasını və qısa müddətdə torpaq sahəsinə ərazidə baxış keçirilərək dəqiqləşdirilməsini tapşırmışdır.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.