Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı növbəti video konfrans keçirdi

05 may 2020 | 16:00

05 may 2020-ci il tarixdə İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin iştirakı ilə keçirilən video konfransda koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər, sanitar-profilaktik və dezinfeksiya işlərinin gedişi,  həmçinin xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından irəli gələn məsələlər, həmçinin baramaçılığın inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məsələlər müzakirə olunmuşdur.
Video konfransda yerli icra nümayəndələri pandemiya dövründə inzibati ərazilərdə görülmüş işlərlə bağlı hesabat veriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə video konfransda çıxış edərək nümayəndələrə xüsusi karantin rejimi müddətində fəaliyyətini Operativ Qərargah tərəfindən qəbul edilmiş qaydalara uyğun qurmalarını, ərazi üzrə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması, şəxsi dezinfeksiya-mühafizə vasitələri ilə mütləq qaydada istifadəsinə dair təlimatlandırma işlərinin ictimai yerlərdə digər şəxslərlə az ünsiyyətdə olmaları kimi təbliğat işlərin aparılmasını tapşırıb.
Şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr konfransda rayon rəhbərinə məlumat verərək bildiriblər ki, ipəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım olan bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Həmçinin qeyd olunub ki, çəltikçilyin əkilməsi ilə bağlı yerlər əvvəlcədən müəyyənləşdirilmişdir.
Rayon İcra Hakimiyyətinə və şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə qəbula gələn vətəndaşlar dinlənilmiş və onları narahat edən problemlərin, təkliflərin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Keçidlər