Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində fəaliyyət göstərən bağçaların vəziyyəti ilə maraqlanıb.

04 may 2020 | 16:00

Bu gün Respublika Prezidenti cənab İlham Əliyevin ölkəmizdə uşaq və yeniyetmələrlə, gənclərlə bağlı həyata keçirdiyi dövlət siyasəti uğurla icra olunur. Dövlət başçısının rəhbərliyi ilə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramlarının qəbul edilməsi, uşaq hüquqlarının etibarlı təminat mexanizmlərinin yaradılması, hər bir sahədə geniş vüsət almış quruculuq işlərinin belə uşaqların təhsili və intellektual inkişafı istiqamətinə yönəldilməsi bir daha göstərir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasətinin ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilməsinin bariz nümunəsi isə son illər respublikamızın bütün bölgələrində yeni-yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası ilə bağlı imzalanan çoxsaylı Sərəncamlardır.
04 may 2020-ci il tarixdə rayon İcra Hakimiyyətini başçısı Mehdi Səlimzadə şəhər ərazisində tikilməkdə olan 3, 4 və 8 saylı uşaq bağçalarında tikinti işləri ilə maraqlanıb. Müvafiq tapşırıq və tövsiyələrini verib.

Keçidlər