Göyçay rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri ilə növbəti video konfrans keçirildi
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair məlumatı ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri ilə növbəti video konfrans keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı M.Səlimzadə konfrans zamanı şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qaydalarını izah etdi və bildirdi ki, pandemiya dövründə rayon ərazisində müvafiq strukturların, habelə ticarət və xidmət sahələrinin fəaliyyəti, zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməli, ictimai yerlərdə, parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməməli, hamının şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməklə bağlı təbliğat işlərinin mütəmadi olaraq aparılmasını tapşırdı.
Həmçinin şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə ölkədə xüsusi karantin rejiminin 31 may 2020-ci il tarixədək uzadıldığını və zərurət yaranarsa xüsusi karantin rejiminin yenidən sərtləşdiriləcəyi barədə məlumat verilib.