Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətində Qərargah üzvlərinin növbəti iclası keçirildi

01 may 2020 | 16:00

01 may 2020-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə rayon ərazisində koronavirus infeksiyasının yayılması və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə qərargah üzvlərinin növbəti iclası keçirildi.
İclasda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən karantin rejimi müddətində bu istiqamətdə rayonda görülən işlər barədə məlumat verilməklə, qarşıdakı günlərdə həyata keçiriləcək tədbirlər müzakirə olundu.
Qərargah üzvləri rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar baş verə biləcək yoluxma hallarının qarşısının alınması məqsədilə hər gün maarifləndirmə, təbliğat və dezinfeksiya tədbirlərinin aparıldığını bildirdilər.
Görülən işlərlə bağlı rayon qərargahının mütəmadi olaraq məlumatlandırılması və maarifləndirici tədbirlərin təşkili məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər