Rayon Mədəniyyət mərkəzinin musiqiçiləri eyvandan təqdim etdikləri canlı konsert sakinlərdə ruh yüksəkliyi yaradıb
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Göyçayda rayon Mədəniyyət Mərkəzinin musiqiçiləri sosial izolyasiya şəraitində olan sakinlərə rayon İcra Hakimiyyətinin təşəbüsü ilə aprelin 24-də eyvandan canlı konsert veriblər.
“Evdəqal”, “Evdəyarat” və “Eyvandanoxu” layihələri çərçivəsində şəhərin Heydər Əliyev prospektində yerləşən çoxmənzilli yaşayış binalarının birinin eyvanında təşkil edilən konsert ətrafdakı binaların sakinlərinə saz havalarımızı, bəstəkar və xalq mahnılarımızı canlı ifalarla təqdim ediblər.
Konsert proqramı sakinlər tərəfindən böyük maraqla qarşılanıb.