Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon Qərargahının iclasında qanvermə aksiyasının keçirilməsi ilə bağlı qərar qəbul olundu.

23 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qana ehtiyacın zəruriyi ilə bağlı əziyyət çəkən insanlara kömək məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü təqdirə layiq hesab edilmişdir.
Kütləvi İnformasiya vasitələrində Mehriban xanımın bu nəcib təşəbbüsü xalq tərəfindən, o cümlədən Göyçay rayon ictimayyətinin nümayəndələri tərəfdar çıxaraq rayon icra hakimiyyətinə müraciətlər edirlər.   
Qanvermə aksiyasına qoşulmaq rayon qərargahının 21 aprel 2020-ci il tarixli iclasında baxıldı və təkliflər nəzərə alınaraq aksiyasının keçirilməsi ilə bağlı qərar qəbul edildi.

Keçidlər