Qərargah üzvlərinin növbəti iclası keçirildi
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi qaydalarına riayət edilməsi, sanitar epidemioloji normalara əməl olunması ilə bağlı 21 aprel 2020-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə Qərargah üzvlərinin növbəti iclası keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən gücləndirilmiş karantin rejimi müddətində rayon ərazisində həyata keçirilən tədbirlər barədə məlumat verərək qeyd etdi ki, iclasın keçirilməsində əsas məqsəd rayonda koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsindən ibarətdir.
İclasda rayon ərazisində koronavirus pandemiyasına qarşı aparılan dezinfeksiya tədbirləri haqqında ətraflı məlumat verilmiş, bu istiqamətdə görülən işlər müzakirə olunmuşdur.
Həmçinin rayon İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qruplar vasitəsilə əhali arasında təbliğat işlərinin davam etdirilməsinin vacibliyini diqqətə çatdırılmışdır.