Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayonda xüsusi karantin rejimini pozanlarla bağlı reyd keçirildi

17 aprel 2020 | 16:00

Nazirlər Kabineti Yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir. Xüsusi karantin rejimi çərçivəsində o cümlədən rayonda da bir sıra məhdudiyyətlər həyata keçirilir.
Rayon Polis şöbəsinin və icra nümayəndələri ilə birlikdə koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlər və reydlər təşkil edilir.
17 aprel 2020-ci il tarixdə keçirilən reyd zamanı qoruyucu maska taxmayan, əlcək geyməyən, karantin qaydalarını pozan vətəndaşlar aşkarlanmışdır. Polis əməkdaşları onlarla profilaktik söhbətlər aparmış, vətəndaşlara Nazirlər Kabinetinin müvafiq qərarı barədə məlumat vermişdir.
Həmçinin rayon sakinlərindən xüsusi karantin rejimi qaydalarını pozan 8 nəfər, o cümlədən 7 sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq cərimə edilib.

Keçidlər