Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Göyçay şəhərində yeni inşa olunan 3 və 4 saylı uşaq bağçalarının tikintisinin mövcud vəziyyəti ilə maraqlanmışdır.

16 aprel 2020 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə 16 aprel 2020-ci il tarixdə Göyçay şəhərində yeni inşa olunan 3 və 4 saylı uşaq bağçalarının tikintisinin mövcud vəziyyəti ilə maraqlanmışdır.
Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunan məktəbəqədər tədris müəssisinin tikintisinə 2019-cu ilin sonlarında başlanılıb. Şəhərin Atatürk və Nizami küçələrində tikilən uşaq bağçaları müasir standartlara uyğun olaraq tikiləcək, ərazidə uşaqların əylənmələri üçün oyun meydançaları və müxtəlif qurğular quraşdırılacaq, yeni inventar və texniki vasitələrlə təmin olunacaqdır.

Keçidlər