Göyçayda rayonunda sakinlərə tibbi maskalar paylanılıb
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, Göyçay rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.
Rayon icra hakimiyyətinin könüllüləri ərzaq mağazalarında sahibkarlar və sakinlərlə karantin rejiminin tələbləri və davranış qaydaları, vətəndaşların mağazalara növbəlilik əsasında və əllərinin spirtlə dezinfeksiya edildikdən sonra daxil olmalarına, tibbi maska və əlcəkdən istifadə etmələri barədə maarifləndirici söhbətlər aparırlar.
Vətəndaşlara bir daha xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılır, özlərinin və yaxınlarının müəyyən olunan qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz bir yerdə güclüyük!” çağırışına cavab olaraq başladılan sosial aksiya davam etdiriləcək.