Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda inzibati ərazi dairəsi üzrə nümayəndəliklərlə növbəti onlayn qəbul keçirildi

14 aprel 2020 | 16:00

14 aprel 2020-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısının və müavinlərinin iştirakı ilə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri ilə növbəti video konfrans keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı onlayn konfrans zamanı ərazidə aparılan dezinfeskiya işləri, xüsusi karantin rejiminə vətəndaşlar tərəfindən riayət olunması, kənd təsərrüfatı işlərinin gedişi və kəndlərdə yaşayan ahıl şəxslərin hərəkət mədudiyyətlərinin təmin edilməsi vəziyyəti ilə maraqlanmış və rayonun Ləkçılpaq, Şəhadət, İnçə, Qaraməryəm, Alpout, Şəkər, Aşağı Qaraməryəm, Çərəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə bu məsələlərin diqqətdə saxlanılmasını tövsiyyə etmişdir.
Bildirilmişdir ki,  inzibati ərazi dairəsi üzrə nümayəndəliklərlə keçirilən onlayn konfransın əsas məqsədi əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə nail olmaqdır.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon sakininin müraciətlərini dinlənilmiş və onların problemlərinin, təkliflərinin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər vermişdir.

Keçidlər