Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda tənha ahıl şəxslərə yardımlar davam edir

11 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində Göyçay rayonunda da tənha ahıl insanlara yardım göstərilir.
Tətbiq edilən xüsusi karantin rejimi dövründə 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilib, insanların yaxın təmaslarını azaltmaq üçün hərəkət məhdudiyyətləri müəyyən olunub.
Bu məqsədlə Karantin günlərində rayonunun Cəyirli, Kürdəmiş, Qubadlı Şıxlı və Türkmən kəndlərində 15 şəxsə ərzaq yardımı göstərilib. Belə sosial aksiyalar davam etdiriləcək.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər