Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı inzibati ərazi dairəsi üzrə nümayəndəliklərlə onlayn qəbul keçirdi

11 aprel 2020 | 16:00

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejimi qaydalarının təmin olunması Göyçay rayonunda da ciddi şəkildə həyata keçirilir.
Bu məqsədlə Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına uyğun olaraq Göyçay rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların qəbulu video konfrans vasitəsi ilə həyata keçirildi.
Göyçay şəhər, Məlikkənd, Qızılağac, Qaraməryəm, Bığır, İkinci Ərəbcəbilirli kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəlilərində aparılan onlayn konfrans zamanı rayon İcra Hakimiyyətinin başçısı ərazilərdə aparılan dezinfeskiya işləri, xüsusi karantin rejiminə vətəndaşlar tərəfindən riayət olunması, kənd təsərrüfatı işlərinin gedişi və kəndlərdə yaşayan ahıl şəxslərin hərəkət mədudiyyətlərinin təmin edilməsi vəziyyəti ilə maraqlanaraq onların sosial müdafiəsinin təmin olunmasını diqqətdə saxlamağı tövsiyyə etmişdir.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı ümumilikdə 15-ə yaxın rayon sakininin müraciətlərini dinlənilmiş və onların problemlərinin, təkliflərinin aidiyyatı üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər vermişdir.
Həmçinin konfrans zamanı rayon rəhbəri sakinləri maarifləndirmək məqsədilə Koronovirus epidemiyası, onun yayılmasının qarşısının alınması və ondan qorumaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyyələrini sakinlərin nəzərinə çatdırdı və bu tövsiyyələrə əməl edilməsinin insanların sağlamlığı üçün vacibliyini izah etdi.
M.Səlimzadə Prezident İlham Əliyevin  vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, aztəminatlı ailələrin rifahının yüksəldilməsi  məqsədi daşıyan sərəncam və tapşırıqları barədə məlumat verdi.
Keçirilən video qəbulda iştirak edən vətəndaşlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, koronovirus pandemiyasının qarşısının alınması üçün atdığı addımları dəstəklədiklərini bildiriblər.

Keçidlər