Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayonunda aztəminatlı ailələrə yardımların verilməsi davam edir

09 aprel 2020 | 16:00

Koronavirus (COVİD-19) infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxmaları qadağan olunan ahıl insanların sosial təcridinin gücləndirilməsi, bu yaş qrupuna aid sakinlərin virusa yoluxmadan mühafizəsini təşkil etmək məqsədilə yaşı 65-dən yuxarı olan tənha, kimsəsiz, şəhid, əlil və aztəminatlı ailələrə zəruri yardımlar göstərilir.
09 aprel 2020-ci il tarixdə rayon icra hakimiyyəti, yerli sahibkarlar və rayonun fəal qadınları tərəfindən  700-dən çox ailəyə və yaşı 65-dən yuxarı olan tənha, kimsəsiz şəxslərə ərzaq yardımı və gigiyenik vasitələr paylanılıb.
Həmçinin rayon İcra Hakimiyyətinin gənc könüllüləri tənha yaşayan ahılların ev işlərinə köməklik göstərir, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrini və özünütəcrid tədbirlərinə uyğun davranmalarını tövsiyə edirlər.
Bu istiqamətdə işlər davam etdirilir.

Keçidlər