Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçayda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri həyata keçirilir

08 aprel 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Göyçay rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.
Rayonda koronavirus infeksiyasına qarşı gündəlik dezinfeksiya işləri aparılır, əhalinin sağlamlığının qorunması, virus infeksiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə xüsusi karantin rejiminə əməl edilməklə vətəndaşlara evdə qal çağırışı edilir.
Həmçinin yaşı 65-dən çox olan və tənha yaşayan sakinlər rayon İcra Hakimiyyətinin təşkil etdiyi xüsusi mobil qruplar tərəfindən evlərində ziyarət olunur, onlara ərzaq və dərman yardımı göstərilir.

Keçidlər