Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı yanında Qərargah üzvlərinin növbəti iclası keçirilib

07 aprel 2020 | 16:00

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi qaydalarına riayət edilməsi, sanitar epidemioloji normalara əməl olunması ilə bağlı 06 aprel 2020-ci il tarixdə Qərargah üzvlərinin növbəti iclası keçirilib.
İclasda rayon ərazisində aparılan maarifləndirmə tədbirləri vasitəsilə sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün vacib olmadıqda evdən çıxmamaları barədə bir daha xəbərdarlıq edilməsi tövsiyyə olunmuşdur.
Rayon ərazisində karantin rejimi qaydalarına əməl etməyən sakinlər barəsində inzibati tədbirlər görülür. Aprelin 6-də karantin qaydalarını pozduğuna görə 11 piyada 12 sürücü cərimə olunmuşdur.
Rayon ərazisində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilir.

Keçidlər