Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

65 yaşdan yuxarı olan tənha yaşayan şəxslərə köməklik olunması daim diqqətdə saxlanılır

07 aprel 2020 | 16:00

Ölkə  ərazisində  tətbiq olunmuş xüsusi  karantin   rejimi  ilə əlaqədar  Azərbaycan Respublikası  Milli Məclisinin  deputatı  Məzahir  Əfəndiyev   Azərbaycan Respublikası  Nazirlər  Kabinetində  yaradılmış  Operativ Qərargahın sərəncam və  tövsiyyələrini  rəhbər tutaraq   epidemiyadan  qorunmaq üçün   evdə qalmaq,  çölə çıxmamaq  məqsədilə  rayonun   65  yaşından  yuxarı yaşlı  nəsil nümayəndələrinə  və sakinlərinə “Kale textil”  firmasında hazırlanmış qoruyucu  tibbi  maskalar, spirt  məhlulu  və əhalinin  maarifləndirilməsi üçün “#evdəqal” çağırışlı bukletlər göndərmişdir.
Göndərilmiş tibbi  ləvazimatlar  əhaliyə, Mərkəzi  rayon Xəstəxanasının Publik Hüquqi şəxsin əməkdaşlarına, Sanitar-Təmizlik, Abadlaşdırma və tikinti  İdarələrində, həmçinin Mənzil istismar sahəsində  çalışan  fəhlələrə rayon İcra Hakimiyyətinin  könüllüləri  tərəfindən çatdırılmışdır.

 

Keçidlər