Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri tənha ahıllara sosial xidmətlərin göstərib

06 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxmasının qadağan olunması ilə əlaqədar Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri tənha ahıllara sosial xidmətlərr göstərib.
Belə ki, könüllülər Göyçay şəhərində yaşayan və 65 yaşdan yuxarı olan tənha şəxslərin evdə olduqları müddətdə gündəlik tələbatları ilə bağlı bu və ya digər zəruri ərzaq və avadanlıqların, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi ilə bağlı köməkliklər göstrəriblər.
Tənha insanlarla görüş zamanı, həmçinin onlarla fərdi qaydada söhbətlər apararaq şəxsi gigiyena qaydalarına ciddi riayət olunmasının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə sözsüz əməl etmələrinin vacibliyini diqqətə çatdırıblar.

Keçidlər