Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

YAP Göyçay rayon təşkilatının növbəti konfransı keçirilmişdir

31 may 2013 | 15:00

 

        Mayın 30-da Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının növbəti konfransı keçirilmişdir. YAP-ın V qurultayına nümayəndələrin seçilməsi ilə əlaqədar təşkil edilən yığıncağın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoymuş, dahi şəxsiyyətin ruhunu ehtiramla yad etmişlər. Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə əvvəlcə dövlət himni səsləndirilmiş, ümummilli liderimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
       Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, millət vəkili Ərəstun Cavadov, YAP-ın məsul işçisi Həsən Daşdəmirov, YAP rayon təşkilatının sədri Ramiz İbrahimov, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən YAP-ın keçdiyi inkişaf yolundan, ötən illərdə qazanılmış uğurlardan, bu siyasi təşkilatın üzvlərinin ölkənin tərəqqisindəki xidmətlərindən bəhs etmişlər. Bildirilmişdir ki, xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirilmiş və cəmi bir neçə aydan sonra xalqın istəyi ilə bu siyasi qurumun sədri ölkə prezidenti seçilmişdir.
1993-cü il martın 6-da təsis edilən YAP Göyçay rayon təşkilatı bu gün 7393 üzvü öz ətrafında birləşdirir ki, onlardan da 4382-i qadınlar, 2817-si isə gənclərdir. Bu gün rayonda YAP-ın 88 ilk təşkilatı fəaliyyət göstərir. YAP rayon təşkilatının inzibati binası əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
       Çıxışlarda YAP üzvü olan qadın və gənclərin cəmiyyətdəki fəal mövqeyi, onların hüquqi dövlət quruculuğunda və ictimai siyasi proseslərdə fəal iştirakı xüsusi vurğulanmışdır. Natiqlər qeyd etmişlər ki, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün YAP ölkənin sosial-iqtisadi həyatında böyük nüfuza malikdir və ətrafında 600 mindən artıq insanı birləşdirir.
      Tədbirdə YAP-ın V qurultayına rayon təşkilatından 10 nəfər numayəndə seçilmişdir. Tədbirdə bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olunmuşdur.

Keçidlər