Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon ərazisində koronavirus pandemiyası ilə bağlı dezinfeksiya işləri və tənha ahıllara yadım davam edir

04 aprel 2020 | 16:00

Göyçay rayonunda Koronavirus (COVID-19) təhlükəsi ilə bağlı xüsusi karantin rejimi şəraitində tibbi-profilaktik, dezinfeksiya işləri, əhalinin maarifləndirilməsi, tənha ahıl insanların ehtiyaclarının ödənilməsi ilə əlaqədar ardıcıl tədbirlər davam etdirilir.
Şəhərdə və rayonun Çərəkə, Şəhadət, Qarabaqqal, Ləkçılpaq və Qaraməryəm kəndlərində dezinfeksiya işləri davam etmiş, tənha ahıllara zəruri təlabatlarını ödənilməsi məqsədilə ərzaq yardımları olunmuşdur.
Mobil qrupların fəaliyyəti nəticəsində əhalinin sıx toplaşdığı ərazilərdə maarifləndirmə işləri aparılmış, mövcud qaydalara riayət etməyən şəxslər Polis şöbəsi tərəfindən cərimələnmişlər.

Keçidlər