Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında Qərargah üzvlərinin növbəti iclası keçirildi

04 aprel 2020 | 16:00

03 aprel 2020-ci il tarixdə xüsusi qərargah üzvlərinin iştirakı ilə koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunmasının, koronavirus infeksiyasının rayonda yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə növbəti iclas keçirilib.
İclasda qeyd edilib ki, rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar baş verə biləcək yoluxma hallarının qarşısının alınması məqsədilə hər gün maarifləndirmə, təbliğat və dezinfeksiya tədbirləri davam etdirilir.
Həmçinin şəhərin prospekt və küçələri, yaşayış məhəllələrinin əraziləri, çoxmənzilli binaların giriş blokları və pilləkənlər suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla yuyulub, park və xiyabanlarda, ərzaq mağazalarında təmizlik və dezinfeksiya işləri aparılıb.

Keçidlər