Karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət və dezinfeksiyaedici işləri daha da gücləndirilib
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Göyçay rayon ərazisində karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət və dezinfeksiyaedici işlər daha da gücləndirilib.
Rayonda infeksiyanın yayılması hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən əhalinin yığcam məskunlaşdığı ərazilərdə dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir. Həmçinin rayonun Qarabaqqal, Cəyirli və Qaraməryəm kəndlərin ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilir.