Rayon İcra Hakimiyyətinin başçısı xüsusi karantin rejiminə nəzarəti gücləndirdi
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ölkədə elan olunan xüsusi karantin rejimi koronavirus (COVID-19) infeksiyasına yoluxma riski yüksək olan, yaşı 65-i ötmüş vətəndaşların evdən bayıra çıxmalarının qadağan olunduğundan xüsusi karantin rejimi dövründə evdə qalmaları onların bu pandemiyadan qorunmaları üçün sosial yardımlar davam etdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı koronavirusa qarşı mübarizənin gücləndirilməsi üçün bütün zəruri tədbirləri görür, əhali arasında izahat işlərinin aparılmasına, yaşayış məntəqələrinin dezinfeksiya olunmasına, karantin tədbirlərinin tələblərinə əməl olunmasına, həmçinin rayon ərazisində əhalini gündəlik təlabatını ödəmək məqsədilə fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərinin tələblərə əməl etməsi vəziyyətini öyrənmək məqsədilə Göyçay şəhəri ərazisində müşahidələr aparır.
Rayonun Kürdşaban, Qaraman, İnçə, Qaraməryəm, İkinci Ərəbcəbirli, Müskürlü kənd inzibati ərazi dairələri üzrə nümayəndələri vasitəsi ilə sosial yardıma ehtiyacı olan tənha, ahıl vətəndaşlar müəyyən edilmiş, gündəlik zəruri ərzaq tələbatı və dərman preparatlarının çatdırılması ilə əlaqədar tənha ahıl sakinləri ziyarət edən işçilər onlarla maarifləndirici söhbətlər aparır, habelə qayğı və problemləri ilə maraqlanırlar. Onlar göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Rayon Qərargahı tərəfindən yaradılmış mobil qruplar rayonun müxtəlif ərazilərində sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum ünsiyyətdə olmaq tövsiyə edilir.