Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Aprelin 2-də rayon rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə qərargah üzvlərinin növbəti iclası keçirildi

02 aprel 2020 | 16:00

02 aprel 2020-ci il tarixdə rayonda koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması ilə bağlı Prezidenti İlham Əliyevin tapşırıqlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə qərargah üzvlərinin növbəti iclası keçirilib.
İclasda bildirilib ki, rayon Polis Şöbəsinin nümayəndələri ilə birgə ərazidə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə rayon icra hakimiyyəti aparatının, inzibati-ərazi nümayəndəliklərinin, habelə digər qurumların əməkdaşları ilə birlikdə rayon ərazisində karantin rejiminin tələbləri və əhali ilə davranış qaydaları barədə vərəndaşlar təlimatlandırılıb və xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində inzibati məsuliyyətinə cəlb olunma halları həyata keçirilir.
İclasda rayon ərazisində aparılan dezinfeksiya və profilaktik tədbirlərin icra vəziyyəti ilə əlaqədar məlumatlar dinlənilib.
Rayon İcra Hakimiyyətinin başçısı xidmət sahələri rəhbərlərinə rayonun sanitar təmizliyinə və məişət tullantılarının vaxtlı-vaxtında daşınmasına nəzarətin gücləndirilməsi, məişət tullantıları konteynerlərinin yenilənməsi, dezinfeksiya və profilaktiki işlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Keçidlər