Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

65 yaşdan yuxarı olan tənha yaşayan şəxslərə köməklik olunması rayonda daim diqqət mərkəzindədir

02 aprel 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə müvafiq olaraq, rayonda yaşlı insanlara köməkliklər edilməsi davam edir.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan rayonda  tənha yaşayan sakinlərə yardımlar edilməsi diqqət mərkəzində saxlanılır.
02 aprel 2020-ci il tarixdə Göyçay rayon İcra Hakimiyyəti tərəfindən şəhər sakinləri ilə yanaşı rayonun Potu, Ulaşlı Şıxlı, Üngütlü, Kürd və Alxasava kəndlərində yaşayan ahıllara ərzaqlar paylanılıb, onların gündəlik problemləri ilə yerində maraqlanıblar.
Ümumilikdə, bu sosial layihə Göyçay rayonu ərazisində yaşı 65-i ötmüş tənha yaşayan 261 nəfəri əhatə edib.
Rayonda mobil qrupların fəaliyyəti davam edir.

Keçidlər