Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısının sədrliyi ilə xüsusi qərargahın növbəti iclası keçirilmişdir

01 aprel 2020 | 16:00

01 aprel 2020-ci il tarixdə rayon İcra Hakimiyyətində koronavirus infeksiyası və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə keçirilən növbəti iclasda qərargahın üzvləri və mobil qrupların nümayəndələri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, rejimin tətbiqi üzərində nəzarət gücləndirilməli və sanitar epidemioloji normalara tam əməl olunmalıdır.
Qərargahın üzvü, rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən gücləndirilmiş karantin rejimi müddətində rayon ərazisində həyata keçirilən tədbirlər barədə məlumat verərək qeyd etdi ki, iclasın keçirilməsində əsas məqsəd rayonda koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsindən ibarətdir.
İclasda çıxış edən xüsusi qərargah üzvləri rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı profilaktiki tədbirlərin davamlı olaraq həyata keçirildiyini diqqətə çatdırılmaqla, əhali arasında maarifləndirici tədbirlərin daha da intensiv şəkildə davam etdirilməsinin vacibliyi qeyd etdilər.
Koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər, görülən işlərlə bağlı rayon qərargahının mütəmadi olaraq məlumatlandırılması və maarifləndirici tədbirlərin təşkili məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər